“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev
Əsas səhifəXəbərlər

Xəbərlər

Bakı Biznes Universitetində 5 Oktyabr – Müəllimlər Günü münasibətilə tədbir keçirilib

News Image

Bakı Biznes Universitetində 5 Oktyabr – Müəllimlər Günü münasibətilə tədbir keçirilib

Bakı Biznes Universitetində 5 Oktyabr – Müəllimlər Günü münasibətilə tədbir keçirilib. Tədbirdə tanınmış yazıçı, publisist və dramaturq Seyran Səxavət xüsusi qonaq qismində iştirak edib.

Tədbiri giriş sözü ilə açan Bakı Biznes Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor İbad Musa oğlu Abbasov tədbir iştirakçılarını salamlayaraq, professor-müəllim heyətini 5 Oktyabr – Müəllimlər Günü münasibətilə təbrik edib. Rektor müəllim əməyinin cəmiyyətin inkişafında və gənc nəslin formalaşmasında mühüm rolunu qeyd edib və daha sonra çıxış üçün sözü tədbirin qonağı, yazıçı, publisist və dramaturq Seyran Səxavətə verib.

Çıxışında Seyran Səxavət universitetin professor-müəllim heyətini əlamətdar gün münasibətilə təbrik edərək bildirib:

“Sizi 5 Oktyabr – Müəllimlər Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, ailə səadəti, pedaqoji fəaliyyətinizdə uğurlar və yeni nailiyyətlər arzulayıram.

Müəllim öz bilik və təcrübəsi, mənəvi dəyərləri və şəxsi nümunəsi ilə gənc nəslin dünyagörüşünün formalaşmasına, onların savadlı, peşəkar, məsuliyyətli və vətənpərvər vətəndaş kimi yetişməsinə mühüm töhfə verir.

Cəmiyyətin tərəqqisində, insan kapitalının formalaşmasında və ölkənin gələcək inkişafında müəllim əməyinin xüsusi və əvəzolunmaz yeri vardır. Auditoriyada keçirilən hər bir dərs, tələbəyə verilən hər bir tövsiyə və göstərilən hər bir diqqət, əslində, ölkənin gələcəyinə qoyulan dəyərli sərmayədir.

Bu əlamətdar gündə hər birinizə möhkəm cansağlığı, ailə səadəti, şərəfli və məsuliyyətli pedaqoji fəaliyyətinizdə uğurlar, yeni-yeni nailiyyətlər və yaradıcılıq uğurları arzulayıram.

Müəllimlər Gününüz mübarək!”

Daha sonra bir qrup müəllimə hədiyyələr təqdim edildi.

27 Sentyabr anım günü.

News Image

27 Sentyabr anım günü.

27.09.2026-cı il tarixində 27 Sentyabr – Anım Günü ilə əlaqədar Bakı Biznes Universitetinin Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə Zəfər Muzeyinə səfər təşkil olunmuşdur.

Səfərin əsas məqsədi şəhidlərimizin əziz xatirəsini yad etmək, Vətən müharibəsinin tarixi əhəmiyyətini gənc nəslə çatdırmaq, tələbələrdə vətənpərvərlik, milli-mənəvi dəyərlərə hörmət və tarixi yaddaşın möhkəmləndirilməsinə töhfə vermək olmuşdur.

Səfər çərçivəsində tələbələr Zəfər Muzeyində nümayiş etdirilən eksponatlarla tanış olmuş, 44 günlük Vətən müharibəsi və Azərbaycanın əldə etdiyi tarixi Zəfər haqqında məlumat əldə etmişlər.


Şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik.

Allah bütün şəhidlərimizə rəhmət eləsin! 🇦🇿

Asiman Aydın oğlu Quliyev 70 illik yubley təbriki

News Image

Asiman Aydın oğlu Quliyev 70 illik yubley təbriki

70 illik yubiley münasibətilə təbrik

Hörmətli Asiman müəllim!

Bakı Biznes Universitetinin “İqtisadiyyat nəzəriyyəsi” kafedrasının müəllimi, iqtisad elmləri namizədi, Əməkdar müəllim Asiman Aydın oğlu Quliyevi 70 illik yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edir, ona Ulu Tanrıdan möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və firavan həyat arzulayırıq.

Sizin elmə, təhsilə və pedaqoji fəaliyyətə həsr etdiyiniz illər, zəngin elmi-pedaqoji təcrübəniz, peşəkarlığınız və tələbələrin yetişdirilməsinə verdiyiniz dəyərli töhfələr böyük hörmət və ehtirama layiqdir. Çoxillik səmərəli fəaliyyətiniz, məsuliyyətli əməyiniz və yüksək insani keyfiyyətləriniz həmkarlarınız və tələbələriniz üçün örnəkdir.

Bu əlamətdar yubiley günündə Sizə möhkəm sağlamlıq, tükənməz enerji, elmi-pedaqoji fəaliyyətinizdə yeni-yeni nailiyyətlər, uğurlar və yaradıcılıq sevinci arzulayırıq. Qoy həyatınızın hər yeni ili sevinc, xoşbəxtlik, mənəvi rahatlıq və gözəl anlarla zəngin olsun.

70 illik yubileyiniz mübarək, hörmətli Asiman müəllim! Sizə uzun ömür, möhkəm cansağlığı və gələcək fəaliyyətinizdə davamlı uğurlar diləyirik!

Bakı Biznes Universiteti

20 SENTYABR – DEVLET SUVERENLİYİ GÜNÜ MÜNASİBƏTİLƏ TƏBRİK

News Image

20 SENTYABR – DEVLET SUVERENLİYİ GÜNÜ MÜNASİBƏTİLƏ TƏBRİK

20 SENTYABR – DEVLET SUVERENLİYİ GÜNÜ MÜNASİBƏTİLƏ TƏBRİK

Əziz həmkarlar ve değerli hamvətənlər!

Bakı Biznes Universiteti adından Sizi 20 Sentyabr – Devlet Suverenliyi Günü ilişkiyle səmimi-qəlbdən təbrik ediyoruz!

2023-cü il sentyabrın 20-də Azərbaycan Respublikasının bütün ərazisinde devlet suverenliyinin bərpası tariximizin önemli olaylarından biridir. Bu əlamətdar gün xalqımızın milli birliyini, devletçilik iradəsini ve ərazi bütövlüyümüzə bağlılığını ifade edir.

Bu möhtəşəm tarihi gün ilişkiyle her birinize möhkəm cansağlığı, aile səadəti, faaliyetinizdə uğurlar ve ülkemizə davamlı sülh, əmin-amanlıq arzulayırıq.

Devlet Suverenliyi Gününüz mübarək!

Bakı Biznes Üniversite


15 sentyabr bilik günü

News Image

15 sentyabr bilik günü

15 Sentyabr – Bilik Günü ilə əlaqədar Bakı Biznes Universitetinə yeni qəbul olunmuş tələbələrlə görüş keçirildi. İlk olaraq Azərbaycan Respublikasının Dövlət himni səsləndirilidi, Ümummilli Lider Dehdər Əliyev və I və II Qarabağ müharibəsinin şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edildi. Daha sonra tədbirdə Bakı Biznes Universitetinin rektoru, iqtisad elmləri doktoru, profesör İ.M. Abbasov və Milli Məclisin deputatı, akademik Ziyad Səmədzadə çıxış edərək tələbələri ali məktəbə qəbul olmaları münasibəti ilə səmimi-qəlbdən təbrik etdiler.

Çıxışlar zamanı tələbələrə təhsil həyatlarında uğurlar arzulandı, onların qarşısında duran vəzifələrin elmə və biliyə yiyələnməyin, profisional kadr kimi formalaşmağın önəminden bəhs edildi. Natiqlər gənclərə universitetin yaratdığı imkanlardan səmərəli istifadə etməyi, fəal olmağı və gələcək kariyerları üçün önəmli bilik və bacarıqlar qazanmağı tövsiyə ettilər.

Tədbirin sonunda yüksek balla universitetə kabul olmuş taləbələrə pul mükafatı və digər hədiyyələr təqdim edildi.


Tələbələrin yay düşərgəsi çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib

News Image

Tələbələrin yay düşərgəsi çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib

Sentyabrın 8-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə Xaçmaz rayonunda yerləşən “Təhsil” İstirahət Mərkəzində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib.


Tədbir Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə sentyabrın 7-dən 12-dək “Təhsil” İstirahət Mərkəzində keçirilən tələbə düşərgəsi çərçivəsində təşkil olunub.


Görüşdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Bakı Mühəndislik Universitetinin rektoru Yaqub Piriyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rektoru vəzifəsini icra edən Fərid Babayev, Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli, Qarabağ Universitetinin rektoru Şahin Bayramov, Azərbaycan Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizov, Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev, Bakı Avrasiya Universitetinin rektoru Siyavuş Qasımov və 700 -ə yaxın ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin tələbələri iştirak ediblər.


Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə giriş sözü ilə çıxış edərək tədbirin məqsədi və “Şəhərsalma və Memarlıq İli”nin əhəmiyyəti barədə məlumat verib.


Daha sonra Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev qonaqlara AHİK rəhbərliyinin səmimi salamlarını çatdırıb və son illərdə həmkarlar hərakatında görülən işlərdən danışıb. İl ərzində komitə tərəfindən həyata keçirilən yay və qış düşərgələri, forumlar, intellektual yarışlar, idman tədbirləri, təlimlər, ekskursiyalar, mədəni proqramlar, könüllülük təşəbbüsləri və sosial layihələrin məhz bu məqsədə xidmət etdiyini diqqətə çatdırıb.


ETİHİ Respublika Komitəsinin sədri onu da vurğulayıb ki, qarşıdakı illərdə bu cür düşərgələr ixtisasyönümlü olacaq və tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi istiqamində daha innovativ layihələr həyata keçiriləcək. 


“Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunan tədbirin əsas məruzəçisi Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, memarlıq doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar memarı Gülçöhrə Məmmədova şəhərsalma və memarlığın gələcəyi, müasir şəhər mühitinin formalaşdırılmasında yeni yanaşmalar və bu sahədə gənc mütəxəssislərin rolu barədə fikirlərini bölüşüb. Rektor çıxışında şəhərsalma və memarlıq sahəsində keyfiyyətli mütəxəssis hazırlığının vacibliyinə diqqət çəkib, tələbələri yeni biliklərə yiyələnməyə və yaradıcı düşüncəyə təşviq edib. Professor Gülçöhrə Məmmədova gənclərin gələcəkdə ölkənin şəhərsalma və memarlıq mühitinin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.


Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı öz çıxışında  Azərbaycan Həmkarlar İttifaqları Konfedrasiyasına tələbələr üçün yaradılmış şəraitə görə təşəkkürünü bildirərərək son illər peşə təhsilinə gənclərin marağının əvvəlki illərə nisbətən daha çox olmasından həmçinin peşə təhsili müəssiələrində yüksək ixitsaslı texniki mütəxəssislərin hazırlanmasından bəhs edib. 


Daha sonra qonaqlar “Təhsil” İstirahət Mərkəzində ittifaq üzvilərinə yaradılmış şəraitlə tanış olublar. Sonda tələbələrlə ali təhsil müəssisələrinin rəhbərləri xatirə fotosu çəkdiriblər.


Qeyd edək ki, düşərgə çərçivəsində tələbələr üçün intellektual yarışlar,futbol, voleybol, şahmat yarışları, foto və film müsabiqələri keçiriləcək.

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarını 6 medalla başa vurublar

News Image

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarını 6 medalla başa vurublar

Bolqarıstanın Albena şəhərində keçirilən Müəllimlərin XXII Yay İdman Oyunlarına yekun vurulub.


Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin (ETUCE) üzv təşkilatlarının nümayəndələrinin iştirak etdiyi beynəlxalq yarışlarda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (ETİHİ) təmsilçiləri uğurlu nəticələr əldə ediblər.


ETİHİ təmsilçiləri yarışları 4 birincilik və 2 üçüncülük olmaqla, ümumilikdə 6 mükafatla başa vurublar.


Mini-futbol üzrə komandamız final görüşündə Polşa təmsilçisini 5:4 hesabla məğlub edərək turnirin qalibi olub.


Stolüstü tennis üzrə komanda yarışlarında qadınlardan ibarət komandamız 1-ci, kişilərdən ibarət komandamız isə 3-cü yeri tutub.


Qadınlar arasında stolüstü tennis üzrə fərdi yarışda Nizami rayonu 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin məşqçi-müəllimi Rüfət Əliyeva 1-ci, Xətai rayonu 56 saylı tam orta məktəbin müəllimi Xəyalə Qiyasova isə 3-cü yeri tutub. Şahmat üzrə fərdi yarışda isə Şəmkir rayonu Kimya və Biologiya Təmayüllü Liseyinin müəllimi Bünyad Əsgərov 1-ci yerə layiq görülüb.


Sonda qaliblər Bolqarıstan Müəllimlər Birliyinin prezidenti Yanka Takeva, Bolqarıstan Müstəqil Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti Todor Kapitanov, Bolqarıstan İşçilərinin İdman və Sağlamlıq Federasiyasının prezidenti, İşçilərin İdmanı üzrə Balkan Assosiasiyasının vitse-prezidenti Desislava Yagodin və Varna şəhərinin meri Blagomir Kotsev tərəfindən kubok və medallarla təltif olunublar.


Beynəlxalq yarış təhsil işçiləri arasında sağlam həyat tərzinin təşviqində, eləcə də həmkarlar ittifaqı üzvləri arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında mühüm rol oynayır.


Qeyd edək ki, 2004-cü ildən etibarən keçirilən bu yarışlarda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş respublika idman yarışlarında yüksək nəticələr göstərərək seçilmiş ittifaq üzvləri iştirak edirlər.

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarında uğurla çıxış edirlər

News Image

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarında uğurla çıxış edirlər


Bolqarıstanın Albena şəhərində Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin (ETUCE) üzv təşkilatlarının nümayəndələrinin iştirakı ilə Müəllimlərin XXII Yay İdman Oyunları keçirilir.


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (ETİHİ) üzvləri də bu beynəlxalq yarışlarda iştirak edirlər.


Azərbaycan təmsilçiləri mini-futbol, stolüstü tennis, basketbol, çimərlik voleybolu və şahmat olmaqla 5 idman növündə mübarizə aparırlar.


Avqustun 27-28-də keçirilən yarışlarda ittifaq üzvlərimiz bir sıra uğurlu nəticələr əldə ediblər.


Mini-futbol üzrə komandamız qrup mərhələsini 6 xalla başa vuraraq yarımfinala yüksəlib. Yarımfinalda Bolqarıstanın “Vraça” komandasını 3:1 hesabı ilə məğlub edən təmsilçilərimiz finala vəsiqə qazanıblar.


Stolüstü tennis üzrə qadın və kişi komandalarımız da qrup mərhələsində keçirdikləri bütün qarşılaşmalarda qələbə qazanıblar. Qadınlardan ibarət komandamız 6 xalla, kişilərdən ibarət komandamız isə 8 xalla qrup mərhələsini lider kimi başa vuraraq final mərhələsinə yüksəliblər.


Şahmat üzrə fərdi yarışlarda Şəmkir rayon Kimya-biologiya təmayüllü liseyin müəllimi Bünyad Əsgərov I yeri tutub. O, həlledici qarşılaşmada Polşanın “ZNP” komandasının təmsilçisinə qalib gələrək yarışın qalibi olub.


Qeyd edək ki, Müəllimlərin Yay İdman Oyunları 2004-cü ildən etibarən ənənəvi olaraq hər il Bolqarıstanda keçirilir. Oyunlarda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümlərinə həsr edilən ölkədaxili idman yarışlarında yüksək nəticələr göstərərək münsiflər heyəti tərəfindən seçilən ittifaq üzvlərimiz iştirak edirlər.


Yarışlar avqustun 30-dək davam edəcək.

Xəzər-Nabran və Təhsil istirahət mərkəzi

News Image

Xəzər-Nabran və Təhsil istirahət mərkəzi

29.06.2026 cı ildə Xəzər-Nabran və Təhsil istirahət mərkəzində Bakı Biznes Universitetinin bir qrup professor-müəllim heyyəti ailə üzvləri ilə birlikdə 1 həftəlik istirahət etmiş və xoş xatirələrlə geri dönüblər.

Bakı Biznes Universitetində məzun günü keçirilib.

News Image

Bakı Biznes Universitetində məzun günü keçirilib.

30 iyun 2026 cı il tarixində Bakı Biznes Universitetində məzun günü keçirilib. Tədbirdə Universitetin rektoru i.e.d. prof., İ.M.Abbasov və qonaqlar çıxış ediib məzunlara uğurlar diləyiblər. Tədris ili ərzində təhsildə fərlənən məzunlara diplom, sertifikat və pul mükafatı təqdim edilib. Bakı Biznes Universitetinin HK-si adından bütün məzunları təbrik edirik.

Bakı Biznes Universitetində kariyera sərgisi günü keçirilib.

News Image

Bakı Biznes Universitetində kariyera sərgisi günü keçirilib.

Bakı Biznes Universitetində təşkil olunan Əmək Yarmarkası uğurla baş tutdu.


50 şirket, 200+ vakansiya ve deneyim programı ile öğrenci ve mezunlarımız əmək bazarının aparıcı nümayəndəleri ile bir araya geldi.


Tədbirin temel hedefi gənclərin məşğulluq imkanlarını artırmaq, universitet-endüstri əməkdaşlığını gücləndirmek ve kariyer inkişafına destek olmak idi.

Tədbirdə Bakı Biznes Universitetinin rektoru i.e.d.prof., İ.M.Abbasov ve diğer qonaqlar çıxış etdilər.


Əməkdaşlıq gösteren tüm tarafdaşlara ve katılımcılara təşəkkür edirik.

bbu_hk 26 İyun – Silahlı Qüvvələr Günü

News Image

bbu_hk 26 İyun – Silahlı Qüvvələr Günü

bbu_hik

 


26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə bütün hərbi qulluqçularımızı, qazilərimizi və veteranlarımızı səmimi qəlbdən təbrik edirik!


Vətənimizin müstəqilliyi və təhlükəsizliyi naminə xidmət edən hər bir əsgər və zabitə dərin minnətdarlığımızı bildirir, şəhidlərimizi sonsuz ehtiramla anırıq.🇦🇿