“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev
Əsas səhifəHaqqımızda

Haqqımızda

aboutUsImage

Bakı Biznes Universiteti Həmkarlar İttifaqı Komitəsi ali təhsil müəssisəsinin professor-müəllim heyətinin, inzibati-texniki personalın, eləcə də digər əməkdaşların sosial-iqtisadi hüquqlarının müdafiəsini, peşə maraqlarının təmin olunmasını və onların əmək fəaliyyətində səmərəliliyin artırılmasını özünün əsas strateji vəzifəsi kimi müəyyən edir.


Həmkarlar İttifaqı Komitəsinin fəaliyyəti çoxşaxəlidir və bütövlükdə Universitetin gündəlik həyatı ilə sıx bağlıdır. Təşkilat demokratik idarəetmə prinsiplərinə əsaslanır və öz fəaliyyətini “İnsan hüquqlarının ümumi bəyannaməsi”, “Beynəlxalq Əmək Təşkilatının Konvensiyaları”, “Azərbaycan Respublikasının Konstitusiyası”, “Həmkarlar İttifaqları haqqında” Azərbaycan Respublikasının Qanunu, “Azərbaycan Respublikasının Əmək Məcəlləsi” və respublikanın digər normativ-hüquqi aktları əsasında qurur. Komitə bütün fəaliyyətində yeni qəbul olunmuş Nizamnaməni əsas sənəd kimi rəhbər tutur və gündəlik işində ondan istifadə edir.


Bakı Biznes Universiteti Həmkarlar İttifaqı Komitəsi Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Respublika Komitəsinin rəhbərliyi altında fəaliyyət göstərir. Əməkdaşların hüquqlarının müdafiəsi istiqamətində həyata keçirilən tədbirlər Universitet rəhbərliyi ilə Həmkarlar İttifaqı Komitəsi arasında bağlanmış Kollektiv Müqavilə əsasında icra olunur.


Universitetdə keçirilən görüşlərin, idman yarışlarının, yubileylərin, elmi-praktik konfransların və digər kütləvi tədbirlərin təşkili və həyata keçirilməsində Həmkarlar İttifaqı Komitəsinin rolu və fəallığı daim hiss olunur. Bu tədbirlər təkcə Universitet səviyyəsində deyil, həmçinin fakültə və struktur bölmələrdə də mütəmadi olaraq təşkil edilir.

icon

İttifaqın struktur genişliyi və üzv sayı

Bakı Biznes Universitetinin Universitetinin üzv təşkilatlarına 2 Fakültə, 9 Kafedra və inzibati heyət daxildir.

Komitənin əsas fəaliyyət istiqamətləri: