Sədr

Sədr
Pənahov Azər Maarif oğlu
1980: anadan olmuşdur.
Təhsil
1987–1998: Orta təhsilini İsmayıllı şəhər 1 saylı orta məktəbdə almış və məktəbi bitirmişdir.
1998–2002: Bakı Biznes Universitetinin bakalavr pilləsində təhsil almışdır.
2002–2004: Bakı Biznes Universitetinin magistratura pilləsini müvəffəqiyyətlə bitirmiş və qırmızı diplom almışdır.
2005–2008: Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunda əyani aspirant olmuşdur.
20.05.2011: Azərbaycan Dövlət Aqrar Universitetinin nəzdində fəaliyyət göstərən dissertasiya şurasında müdafiə edərək “İqtisad üzrə fəlsəfə doktoru” elmi dərəcəsi almışdır.
Karyera
2004: Əmək fəaliyyətinə başlamışdır.
2007: Aspirant olduğu institutda 0,5 ştat elmi işçi kimi fəaliyyət göstərmişdir.
2013: Bakı Biznes Universitetində müəllim kimi fəaliyyətə başlamış, eyni zamanda İqtisadiyyat və idarəetmə fakültəsində metodist vəzifəsində çalışmışdır.
2014: Fakültə dekanının müavini və Bakı Biznes Universitetinin sənəd qəbulu komissiyasının məsul katibi vəzifələrini icra etmişdir.
Noyabr 2020: Bakı Biznes Universitetində “İqtisadi Nəzəriyyə” kafedrasının müdiri əvəzi vəzifəsini icra etmişdir.
2022 – 10.01.2025: “İqtisadi Nəzəriyyə” kafedrasının müdiri vəzifəsində çalışmışdır.
2023: 22 saylı Nəsimi–Yasamal seçki dairəsinin Bakı Biznes Universitetində yerləşən 27 saylı seçki məntəqəsinin sədri və BBU üzrə Yeni Azərbaycan Partiyası sədrinin müavini olmuşdur.
2025: Dosent elmi adına seçilmişdir.
2025: Bakı Biznes Universitetinin Həmkarlar İttifaqı Komitəsinin sədri seçilmişdir.
2025: 30-dan çox elmi məqalənin, 1 monoqrafiyanın və 1 dərs vəsaitinin müəllifidir.
Ailəlidir, 4 övladı var.


